Haqqımızda

2018-ci ildən Azərbaycanda premium ət məhsulları istehsalı

Şirkətimiz

NATURAL Meat olaraq biz fəaliyyətə 2018-ci ildən başlamışıq. Qısa zaman ərzində keyfiyyətə, dürüstlüyə və peşəkarlığa əsaslanaraq inkişaf etmişik və bu gün artıq 4 filial ilə fəaliyyət göstəririk. Filiallarımızdan 1-i öz dükanımızdır — Nərimanovda yerləşir, 4-ü isə Favorite Premiumlarda fəaliyyət göstərir.

Hazırda 100-dən çox çeşitdə ət və ət məhsulları istehsal edirik. Məhsul çeşidlərimizə kotletlər, burgerlər, xaş, premium steaklar və müxtəlif ət məhsulları daxildir. Bizim üçün əsas prinsip yalnız satış deyil — keyfiyyətli, təhlükəsiz və premium standartlara uyğun məhsul təqdim etməkdir.

Azərbaycanda bir çox böyük otel və restoranlar bizim müştərilərimizdir. Eyni zamanda Bakıda yerləşən istehsal və təchizat nöqtəmiz vasitəsilə məhsullarımızın keyfiyyətinə və davamlı təchizatına nəzarət edirik.

Biz ölçü olaraq böyük şirkət olmaya bilərik, amma düşüncə və hədəflərimiz böyükdür. Məqsədimiz Azərbaycanda premium ət sektorunda standartları müəyyən edən brend olmaqdır. Və Azərbaycan ətini dünyaya tanıtmaqdır. Kiçik başlayıb böyük işlər görmək prinsipinə inanırıq və bu istiqamətdə davamlı inkişaf edirik.

NATURAL Meat olaraq gələcək planlarımız daha geniş istehsal, daha yüksək standartlar və ölkə daxilində premium ət mədəniyyətinin inkişafına töhfə verməkdir.

2018
Fəaliyyət başladı
4
Filliallar
100+
Məhsul çeşidi

Dəyərlərimiz

Keyfiyyət

Yalnız premium standartlara uyğun məhsullar istehsal edirik. Hər məhsul müştəriyə çatmazdan əvvəl ciddi keyfiyyət nəzarətindən keçir.

Dürüstlük

Müştərilərimizə qarşı tam şəffaflıq siyasəti aparırıq. İstifadə etdiyimiz xammal, istehsal prosesi və qiymətlər həmişə açıqdır.

Peşəkarlıq

Sahəsinin mütəxəssislərindən ibarət komandamız hər məhsulu böyük məsuliyyət və peşəkarlıqla hazırlayır.

Tarixçə

Natural Meat fəaliyyətə 2018-ci ildə Nərimanov rayonunda başlamışdır. Şirkət yarandığı ilk gündən etibarən keyfiyyətli və təbii ət məhsullarının istehsalını əsas məqsəd olaraq müəyyən etmişdir.

Fəaliyyətinin ilk illərində istehsal və satış istiqamətində inkişaf edən şirkət pandemiyadan sonrakı dövrdə fəaliyyət sahəsini daha da genişləndirərək müxtəlif market şəbəkələri ilə əməkdaşlığa başlamışdır. Bu dövrdə məhsullar "Rahat Gourmet" marketlərində satışa təqdim olunmuş və müştərilər tərəfindən maraqla qarşılanmışdır.

2024-cü ildən etibarən isə Natural Meat məhsulları "Favorit Premium" marketlər şəbəkəsində də satışa çıxarılmışdır. Şirkət bu gün də keyfiyyət, gigiyena və müştəri məmnuniyyəti prinsiplərinə sadiq qalaraq fəaliyyətini davam etdirir.

Partnyorlarımız

Partner 1
Partner 2
Partner 3

Filiallarımıza Gəlin

5 filialımızdan birini ziyarət edin

Ünvanları görün